Rusiya Moldovaya qarşı hibrid müharibə aparır - Nazir
Moldova hazırda təcili hərbi təhlükə ilə üz-üzə deyil, lakin Rusiya hökuməti devirmək üçün hibrid müharibə aparır.
Redaktor.az xəbər verir ki, bunu Moldova müdafiə naziri Anatoli Nosatii AFP-yə müsahibəsində bildirib.
"Hazırda Moldovaya birbaşa hərbi təhdid yoxdur, lakin ölkənin təhlükəsizliyinə təsir edən digər təhdid növləri var, məsələn, hibrid müharibə", - Nosatii deyib.
Onun sözlərinə görə, Rusiya dezinformasiya yayır və Moldova cəmiyyətində gərginlik yaradır.