Malatyada yenə  ZƏLZƏLƏ OLDU

 09:11 14.03.2023     428

Türkiyənin Malatya vilayətində yenidən zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Battalqazi rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 11.5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.