Daha bir ölkədə güclü ZƏLZƏLƏ

 09:38 14.03.2023     360

Papua Yeni Qvineya yaxınlığında 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az “TASS”-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri 27400 nəfər əhalisi olan Madang şəhərindən 130 km şərqdə yerləşib.

Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Sunami təhlükəsi isə elan edilməyib.

Həmidə İbrahimova