Çin əcnəbilərə bütün növ vizaların verilməsini bərpa edəcək
Çin martın 15-dən əcnəbilərə bütün növ vizaların verilməsini bərpa edəcək
Redaktor.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə məlumatı Çin Xarici İşlər Nazirliyinin Konsulluq İşləri Departamenti təsdiqləyib.
Departament həmçinin qeyd edib ki, 28 mart 2020-ci il tarixinə qədər verilmiş və müddəti hələ bitməmiş vizalar yenidən qüvvəyə minəcək.
Bundan əlavə, viza mərkəzləri yenidən sərhəddə viza verəcəklər.
Həmidə İbrahimova