Ruslar Ukraynada daha 740 hərbçi İTİRDİ

 12:12 14.03.2023     531

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 160540 (+740) nəfər canlı qüvvəsi, 3484 (+10) tank, 6789 (+15) ədəd zirehli döyüş maşını, 2519 (+16) ədəd artileriya sistemi, 495 (+2) reaktiv yaylım atəşi sistemi, 260 (+1) hava hücumundan müdafiə sistemi, 304 (+0) təyyarə, 289 (+0) helikopter, 2120 (+11) PUA, 907 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5367 (+13) avtomobil texnikası və avtosistern, 256 (+5) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2