Rusiyada ard-arda partlayışlar oldu

 14:49 14.03.2023     382

Rusiyanın Bryansk və Belqorod vilayətlərində partlayış baş verib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin vilayətlərin PUA hücumuna məruz qaldığı iddia edilir.

Məlumata görə, partlayışlar nəticəsində dağıntılar yaranıb.

Hadisələr zamanı itkilərin olub-olmaması ilə bağlı məlumat yoxdur.