Litva əhalisi Ukrayna üçün 16 radar aldı

 19:26 14.03.2023     370

Litva Ukrayna üçün 16 radar alıb.

Redaktor.az xəbər verir ki, bu barədə  jurnalistlərə maliyyə toplama aksiyasının təşkilatçılarından biri Jonas Oxmanas məlumat verib. Onun sözlərinə görə, 16 radar Litva tərəfindən əhali və biznes nümayəndələri tərəfindən bağışlanan 14 milyon avroya Ukraynaya təhvil verilmək üçün alınıb.

"İsrail istehsalı olan 14 radar alınmalı idi. Bir dəstinin qiyməti 1 milyon avrodur. Amma Ukrayna hərbçiləri ilə məsləhətləşmələrdən sonra radar onların istəyinə uyğun düzəldilib",- o deyib.

Onun sözlərinə görə, texnikanın bir hissəsi artıq Litvaya göndərilib.

Tunar Altunbay