Hollandiya Ukraynaya PUA aşkarlama sistemlərini verəcək

Hollandiya Ukraynaya iki minaaxtaran gəmini, pilotsuz təyyarələr üçün radar aşkarlama sistemlərini və körpü və keçidlərin sürətli tikintisi üçün texnikaları təhvil vermək niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı krallığın Müdafiə Nazirliyi məlumat yayıb.