"Almaniya heç vaxt suveren dövlət olmayıb" - Putin

 21:51 14.03.2023     452

Rusiya Prezidenti Vladimir Putin Almaniyanın “Şimal axını” qaz kəmərlərinə terror hücumları ilə bağlı mövqeyini bu ölkənin suveren olmaması ilə əlaqələndirib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Rusiya lideri bu barədə çərşənbə axşamı jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

“Fakt budur ki, Avropa siyasətçiləri özləri də dəfələrlə açıq şəkildə bildiriblər ki, İkinci Dünya müharibəsindən sonra Almaniya heç vaxt sözün tam mənasında suveren dövlət olmayıb. Bunlar mənim sözlərim deyil. Bunlar Almaniyada tanınmış, ən azı bir tanınmış və çox hörmətli siyasətçinin sözləridir. Yalnız bununla razılaşmaq olar”, - Putin deyib.

Turan İSMAYIL