Paris küçələri zibilxanaya çevrilib
Fransada pensiya islahatına qarşı çıxan küçə təmizləyicilərinin tətili səbəbindən Paris küçələrində 6 min tona yaxın zibil yığılıb.
Redaktor.az xəbər verir ki, bu barədə martın 14-də “Midi Libre” qəzeti məlumat yayıb.
Qəzet qeyd edib ki, “Paris küçələrində təxminən 6 min ton zibil yığılıb”. Buna səbəb küçə təmizləyicilərinin martın 7-də başlayan tətilidir.
Zibil işçiləri hazırda aşağı pensiya yaşına malikdirlər (62 əvəzinə 57). Pensiya islahatı onların pensiya yaşının 59 yaşa qaldırılacağını nəzərdə tutur.
Turan İSMAYIL