Vaşinqton Rusiyanın ABŞ PUA-sını vurmasına görə hərəkətə keçdi

 22:57 14.03.2023     322

ABŞ Qara dəniz üzərində Amerika pilotsuz uçuş aparatının (PUA) Rusiya qırıcısı tərəfindən ələ keçirilməsi ilə bağlı məlumatları müttəfiqlərinin və tərəfdaşlarının diqqətinə çatdırıb.

Redaktor.az xəbər verir ki, bunu martın 14-də keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

“Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla yüksək səviyyədə əlaqə saxlamışıq ki, onları bu hadisə ilə bağlı məlumatlandıraq, bildiklərimizi onlara çatdıraq” - o, bildirib.

Xatırladaq ki, bu gün Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində səmada Amerikanın "MQ-9 Reaper" pilotsuz təyyarəsini ələ keçirərək dənizdə batırıb.

Turan İSMAYIL