Paşinyan generalı işdən çıxardı
Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandiri Tiqran Pırvanyan baş nazir Nikol Paşinyanın təklifi ilə vəzifəsindən azad edilib.
Redaktor.az xəbər verir ki, müvafiq sərəncamı ölkə prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
Rusiya və Ermənistan 2016-cı ilin noyabrında birgə qoşun qrupunun yaradılması haqqında saziş imzalayıblar.
Sənədə əsasən, qruplaşmaya birgə komandanlıq rəhbərlik edir. Ermənistan Silahlı Qüvvələrinin Ali Baş Komandanı rusiyalı həmkarı ilə razılaşaraq komandir təyin edə və onu tutduğu vəzifədən azad edə bilər.
General-leytenant Tiqran Pırvanyan 2018-ci ilin fevralından bu vəzifədə çalışıb.