ABŞ və Rusiya arasındakı gərginlik birbaşa müharibəyə səbəb olacaqmı?

 11:49 15.03.2023     297

Xəbər verildiyi kimi, martın 14-də axşam saatlarında Rusiyanın Su-27 qırıcısı Qara dəniz üzərində beynəlxalq hava məkanında Amerika kəşfiyyatçı MQ-9 Reaper pilotsuz təyyarəsini (PUA) vurub.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, ekspertlərin fikrincə, hər iki ölkənin prezidentləri belə hadisələrə necə reaksiya verəcəyini seçmək azadlığını özündə saxlayır.

Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatına görə, MQ-9 Reaper PUA-nın vurulması ilə bağlı vəziyyətdə ABŞ və Rusiya arasında münasibətlərin gərginləşməsinə səbəb olacaq heç nə yoxdur.

“Prezident Co Baydenin ABŞ qoşunlarını Rusiya ilə birbaşa münaqişəyə cəlb etməmək barədə dəfələrlə verdiyi vədləri və Kremlin NATO ilə müharibəyə getməyə açıq-aydın və dəfələrlə istəksizliyini nəzərə alsaq, bu cür insidentlərin təhlükəli şəkildə artması üçün heç bir səbəb yoxdur. Rusiya qüvvələri onilliklər ərzində bir neçə müharibə teatrında münaqişə yaratmadan ABŞ və onun müttəfiqlərinin təyyarə və dəniz gəmilərinə qarşı məcburi siqnallardan istifadə edib”, - Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir.

ABŞ Avropa Komandanlığının sözçüsü bildirib ki, Su-27-lər toqquşmadan əvvəl dəfələrlə yanacaq atıb və MQ-9-ların qarşısında ehtiyatsız, ekoloji cəhətdən təhlükəli və qeyri-peşəkar şəkildə uçublar.

Ağ Ev rusların hərəkətlərini "qeyri-peşəkar və təhlükəli" adlandırıb. Artıq Bayden hadisə ilə bağlı məlumatlandırılıb.

Rusiya MQ-9 Reaper missiyasını “təxribat” adlandıraraq özünü təqsirli bilmir. Bildirilir ki, ruslar artıq PUA-nın qalıqlarını götürə biliblər.

Ukrayna Silahlı Qüvvələri də öz növbəsində hadisənin Rusiya Federasiyasının hələ 2022-ci ildə işğal etməyə çalışdığı Zmeynı adasının yaxınlığında baş verdiyinə aydınlıq gətirib. Məhv edilmiş pilotsuz uçan aparatın əvəzinə ABŞ başqa bir pilotsuz təyyarə göndərib və o, işini davam etdirir.

Arzu İSMAYIL