Ukrayna ordusundan ruslara böyük zərbə: 1000-ə yaxın hərbçi, 8 tank, 12 PUA...

 12:09 15.03.2023     350

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 161520 (+ 980) nəfər canlı qüvvəsi, 3492 (+8) tank, 6799 (+10) ədəd zirehli döyüş maşını, 2528 (+9) ədəd artileriya sistemi, 502 (+7) reaktiv yaylım atəşi sistemi, 262 (+2) hava hücumundan müdafiə sistemi, 304 (+0) təyyarə, 289 (+0) helikopter, 2132 (+12) PUA, 907 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5377 (+10) avtomobil texnikası və avtosistern, 257 (+1) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2