Göyçədə hərbi hissə satıldı - İstirahət zonasına çevrildi

 12:15 15.03.2023     382

Ermənistanın Geğarkunik vilayətində (Göyçə) hərbi hissələrdən biri satış üçün istirahət zonasına çevrilib. 

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğu faktla bağlı cinayət işi açıb.
Bildirilib ki, ümumi sahəsi 20 min kvadratmetrdən çox olan dövlətə məxsus daşınmaz əmlak 2012-ci ildə Rusiya Federasiyasının vətəndaşı G.V.-nin xeyrinə özəlləşdirilib. Bundan başqa, qanuna zidd olmasına baxmayaq ərazi Kipr vətəndaşına 405 000 dollara satılıb.

Məlumata görə, alqı-satqını leqallaşdırmaq üçün Müdafiə Nazirliyi aparatının sabiq rəhbəri, Berdkunk kəndinin keçmiş rəhbəri və digər məmurların iştirakı ilə əsasnamələrdə daşınmaz əmlakın statusuna dəyişikliklər edilib.

Qeyd olunub ki, məsələ ilə bağlı araşdırmalar davam etdirilir.