Nazir silahla GÖRÜNTÜLƏNDİ – FOTO

 14:08 15.03.2023     761

Polşanın ədliyyə naziri Zbiqnev Ziobro ölkəyə rəsmi səfəri zamanı belində silahla görüntülənib.

Redaktor.az xəbər verir ki, Ziobronun pencəyinin ətəyini külək qaldırarkən və Polşada mədən qəzasında həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyarkən belindəki "Glock" markalı silah əks olunub.

Görüntü yayıldıqdan və sosial mediada tənqid edildikdən sonra mövzu ilə bağlı açıqlama verən Ziobro, illər əvvəl bir mafiya  liderinin onu təhdid etdiyi üçün silah lisenziyası aldığını bildirib.

“Hər bir vətəndaş kimi mənim də özümü və ailəmi qorumaq hüququm var” deyən Baş nazir Mateuş Moravetski də Ziobronun hər bir vətəndaş kimi silah ala biləcəyini deyib.

Ziobro onu da əlavə etdi ki, heç də həmişə əlində silah olmur.