Putin Bəşər Əsədlə görüşdü

 18:44 15.03.2023     351

Moskvada səfərdə olan Suriya lideri Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, Putin Əsədlə görüşündə onunla daim təmasda olduğunu bildirib.

“Biz daimi əlaqə saxlayırıq. Əlaqələrimiz inkişaf edir. Bizim birgə səylərimiz və Rusiya silahlı qüvvələrinin Suriyadakı həlledici töhfəsi sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm nəticələr əldə edilib”, - deyə Putin görüşün əvvəlində bildirib.

Onun sözlərinə görə, bu, respublikada sosial-iqtisadi və daxili siyasi vəziyyəti sabitləşdirməyə imkan verir.

Xatırladaq ki, bundan əvvəl 2021-ci il sentyabrın ortalarında Moskvada Rusiya və Suriya liderləri arasında şəxsi görüş keçirilib.

Turan İSMAYIL