Rusiya klubuna məxsus stadionun yaxınlığında qumbara tapıldı

 19:15 15.03.2023     376

Rusiyanın "Saturn" klubuna məxsus stadionun yaxınlığında qumbara tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Ərazi mühasirəyə alınıb, 12 nəfər, o cümlədən stadionun üç əməkdaşı oradan təxliyə edilib. İstehkamçılar hələlik qumbaranın aşkarlandığı yerə gəlib çatmayıblar.

Qeyd edək ki, "Saturn" hazırda II Liqada çıxış edir.