Türkiyədə sel nəticəsində ölənlərin sayı ARTDI

 20:12 15.03.2023     424

Türkiyənin cənub-şərqində sel nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə təbii fəlakət bölgəsində olan daxili işlər naziri Süleyman Soylu  "TRT"yə bildirib.

Onun sözlərinə görə, itkin düşən 5 nəfərin axtarışlarının davam etdiyini bildirib. 

Nazir bildirib ki,Şanlıurfa vilayətində 12, qonşu Adıyaman vilayətində isə daha iki nəfər ölüb.

Daha əvvəl 13 nəfərin öldüyü, 10 nəfərin itkin düşdüyü deyilirdi.

Qeyd edək ki, güclü yağıntılar  səbəbindən əyalətlərdə yüzlərlə evi su basıb, körpülər və qismən yollar dağılıb. Yerli əhali təhlükəsiz ərazilərə köçürülsə də insan təlfatından qaçılmaz olub. 

Meteoroloqların proqnozlarına görə, Şanlıurfa və Adıyaman əyalətlərində yağan yağışlar iki gün davam edəcək və bu səbəbdən yeni sel və daşqınlar istisna edilmir.

Tunar Altunbay