Polşada rusların casus şəbəkəsi AŞKARLANDI

 21:24 15.03.2023     412

Polşa Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları respublikada təxribat fəaliyyəti ilə məşğul ollan altı rus casusunu müəyyən edərək saxlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə yerli "RMF" radiostansiyası məlumat yayıb.

Məlumata görə, saxlanılanlar mühüm dəmir yolu marşrutları və qovşaqlarında relslərdə hərəkəti qeydə alan və baş verənləri internet vasitəsilə ötürən gizli kameralarla aşkar edilib.

Söhbət, əsasən, Qərb silahlarının Ukraynaya ötürülməsi üçün əsas nöqtə olan Yasionka hava limanı ərazisindəki Polşanın Podkarpakye Voyevodalığındakı marşrutlardan gedir.

Bu əməliyyatla əlaqədar Polşa Daxili Təhlükəsizlik Agentliyi və polis yüksək hazırlıq vəziyyətinə gətirilib.

Strateji əhəmiyyətli obyektlərin mühafizəsi gücləndirilib.

Tunar Altunbay