Kadırov xəstəliyi barədə DANIŞDI

 21:49 15.03.2023     462

Çeçenistanın rəhbəri Ramzan Kadırov onun "sağalmaz xəstəliyi" ilə bağlı yayılan şayiələri təkzib edib və sağlam və güclə dolu olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə öz "Telegram" kanalında məlumat verib.

"Xəstə olduğum ümidi ilə yaltaqlananlar üçün üzr istəyirəm. Sizi incitdiyimə görə üzr istəyirəm. Amma mən sağlam və çox güclüyəm. Əvvəlki kimi idmanla məşğul oluram, dağlara gəzintiyə çıxıram,və respublikanın inkişafı üçün mühüm məsələləri həll edirəm”, – Kadırov yazıb.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə və "Telegram" kanallarında Kadırovun ağır xəstə olması ilə bağlı məlumatlar yayılıb.

Tunar Altunbay