Bu ölkələr Ukraynaya 150 "Leopard" yollayacaq

 22:00 15.03.2023     380

Doqquz ölkə Ukraynaya 150 Leopard tankı tədarük etməyi öhdəsinə götürüb.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya hərbi yardım üzrə Qərb ölkələrinin təmas qrupunun növbəti onlayn iclasında bildirib.

"Ukraynaya "Leopard" tankları verən dövlətlərin koalisiyası böyüməkdə davam edir. Artıq 9 ölkə 150-dən çox "Leopard" tankı verməyi öhdəsinə götürüb", - o deyib.

Nazir əlavə edib ki, Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin edən ölkələrin sayı da artmaqda davam edir:

 "İndi Ukraynanın azadlıq mübarizəsinin həlledici məqamındayıq. Hamımız daimi əzmkarlıq və birlik nümayiş etdirməliyik. Bu, üzərimizə düşən öhdəliklərin tam miqyasda və ən qısa zamanda yerinə yetirilməsi deməkdir".

O, həmçinin Ukraynaya göndərilən döyüş sursatlarının və hava hücumundan müdafiə sistemlərinin həcminin artırmağa çağırıb.

Pentaqonun məlumatına görə, Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri ABŞ Kiyevə hərbi yardım üçün 32 milyard dollardan çox vəsait ayırıb. 

Tunar Altunbay