"PUA ilə bağlı hadisə ABŞ-la Rusiya arasında qarşıdurmaya səbəb ola bilər..." - Prays

 22:14 15.03.2023     334

"Qara dənizə düşən ABŞ pilotsuz təyyarəsi kimi hadisələr ABŞ və Rusiya arasında birbaşa qarşıdurmaya səbəb ola bilər ki, bu da Vaşinqtonun istəmədiyi bir şeydir".

Redaktor.az xəbər verir ki, bunu çərşənbə günü Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays MSNBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ beynəlxalq qanunların icazə verdiyi yerdə uçmağa, üzməyə və hərəkət etməyə davam edəcək:

“Əgər ruslar bunu dayandırmaq üçün bizi qorxuda biləcəklərini düşünürlərsə, o zaman çox yanılırlar”.

Tunar Altunbay