Ərdoğan üçün imzatoplama kampaniyasına start verildi
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sabah qapalı iclas keçirəcək.
Redaktor.az TRT-yə istinadən xəbər verir ki, iclas zamanı Rəcəb Tayyib Ərdoğanın namizədliyi ilə bağlı qərar veriləcək.
Bildirilir ki, partiya artıq Ərdoğanın prezidentliyə namizədliyi üçün deputatlardan imza toplamağa başlayıb. MHP-nin də Ərdoğan üçün imza toplayacağı və qrup qərarı verəcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.
Tunar Altunbay