ABŞ Ukraynanın təxmini itkilərini açıqladı

 11:04 16.03.2023     692

ABŞ Rusiya ilə müharibədə Ukrayna Silahlı Qüvvələrinin itkisini 100 min hərbçi ilə təxmin edir.

Redaktor.az xəbər verir ki, bu barədə martın 15-də “Politico” qəzeti məlumat yayıb.

“ABŞ rəsmilərinin bildirdiyinə görə, bir il davam edən hərbi əməliyyatda ən təcrübəli əsgərlər də daxil olmaqla 100 mindən çox ukraynalı hərbçi həlak olub”, - nəşr yazır.

Nəşrin məlumatına görə, itkilərin əhəmiyyətli hissəsi Baxmutda baş verib.

Turan İSMAYIL