Erməni generalı HƏBS EDİLDİ

 17:07 16.03.2023     686

Ermənistan ordusunun general-mayoru, baş qərargah rəisinin sabiq müavini Qriqori Xaçaturovun həbsi barədə qərar çıxarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a məhkəmənin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Apellyasiya Məhkəməsi Ermənistan Baş Prokurorluğunun vəsatətini təmin edib.

Qeyd edək ki, Xaçaturov bu ilin fevralın 20-də saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən istifadə etməklə çirkli pulların yuyulmasında, qanunsuz yolla əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunub.

Tunar Altunbay