Özbəkistan Füzulidən sonra Hatayda da məktəb tikəcək

 18:41 16.03.2023     360

Özbəkistan Türkiyənin Hatay bölgəsində müasir evlər, məktəblər tikmək və infrastruktur yaratmaq niyyətindədir.

Redaktor.az "Kun.uz"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyədə keçirilən Fövqəladə Zirvə Toplantısında çıxışı zamanı danışıb.

O bildirib ki, Özbəkistan Hatayda müasir evlər, məktəblər, sosial infrastruktur obyektləri tikməyi planlaşdırır. Mirziyoyev bu vilayətdən olan gəncləri yay aylarında Özbəkistana səfərə dəvət edib.

Qeyd edək ki, Özbəkistan oxşar təşəbbüslə çıxış edərək, Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərində orta məktəb binası inşa etdirir.