Bu ölkədə də məmurlara "TikTok" istifadə etmək qadağan edildi

 18:29 16.03.2023     254

Böyük Britaniya hökuməti Çinin "ByteDance" texnologiya şirkətinə məxsus "TikTok" sosial şəbəkəsinin rəsmi mobil cihazlarından məmurların istifadəsinə qadağa qoyur.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı Britaniya parlamentinin İcmalar Palatasında çıxış edən Lankaster Hersoqluğunun kansleri Oliver Douden bildirib.

"Biz "TikTok"un hökumət cihazlarında istifadəsini qadağan edəcəyik. Bu tədbir dərhal qüvvəyə minəcək. Bu, ehtiyat tədbiri kimi qəbul edilir, bilirik ki, "TikTok"dan məmurlar arasında istifadə məhduddur",- deyən Douden qeyd edib ki, proqram potensial olaraq istifadəçilərin şəxsi məlumatlarını, o cümlədən kontaktları və geolokasiyasını üçüncü tərəflə ötürə və paylaşa bilər.

O, qadağa qərarının Böyük Britaniyanın xüsusi xidmət orqanlarının tövsiyələri əsasında verildiyini vurğulayıb.

Britaniya hökumətinin əlavə edib edib ki, "TikTok"dan istifadənin qadağan edilməsi qərarı yalnız iş telefonlarına aiddir, məmurlar isə hələ də şəxsi smartfonlarda sosial şəbəkədən istifadə edə bilərlər.

Eyni zamanda, o, fəaliyyət növündən asılı olmayaraq bütün mobil cihaz istifadəçilərini hər bir tətbiqin məlumatların saxlanması siyasəti ilə tanış olmağa çağırıb.

"TikTok"un mətbuat xidməti Britaniya hakimiyyətinin hərəkətlərinə cavab olaraq sosial şəbəkəyə yanaşmanın sərtləşməsindən məyus olduğunu bildirib.

Platformadann "Reuters"ə verdiyi məlumata görə, qadağa tətbiqin necə işlədiyinə dair "fundamental anlaşılmazlığa" əsaslanır və TikTok və Böyük Britaniyadakı milyonlarla istifadəçinin heç bir rol oynamadığı bir geosiyasət tərəfindən idarə olunur.

Sosial şəbəkə qeyd edib ki, onlar Böyük Britaniya hökuməti ilə yaranan narahatlıqları müzakirə etməyə hazırdırlar, lakin onlar faktlara əsaslanmalıdır.

Açıqlamada bildirilir ki, "TikTok" digər sosial şəbəkələrlə də eyni rəftar tələb edir.

Tunar Altunbay