Mirzoyanla Lavrovun görüşəcəyi tarix açıqlandı
Martın 20-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Armenpress-ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Baş nazir Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan xarici işlər naziri yaxın vaxtlarda Moskvaya səfər edəcək və orada Rusiya xarici işlər naziri ilə görüşəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da jurnalistlərə bildirib ki, Ermənistan xarici işlər nazirinin Moskvaya səfəri üzərində iş gedir.
Turan İSMAYIL