Gürcüstan Penitensiar Xidməti Saakaşvilinin görüntülərini yaydığı üçün CƏRİMƏLƏNDİ
Gürcüstanın Fərdi Məlumatların Mühafizəsi Xidməti həbsdə olan üçüncü prezident Mixail Saakaşvilinin videolarını dərc etdikdən sonra Penitensiar Xidməti 500 lari (200 dollara qədər) cərimələyib.
Redaktor.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, Söhbət şöbənin iki dəfə - 14 dekabr 2022-ci il və 15 fevral 2023-cü il tarixlərində yayımladığı Şakaşvilinin Vivamed klinikasındakı görüntülərindən gedir.
“Netgazeti” xəbər verir ki, şəxsi məlumatların mühafizəsi xidməti videoların dərci üçün əsas kimi yüksək ictimai marağın qorunmasını tanıyıb.
Eyni zamanda qeydlər 9 avqustun konkret epizoduna aiddir.
Saakaşvilinin yemək yediyi kadrların dərci konkret, dəqiq müəyyən edilmiş hüquqi məqsəd və şəxsi məlumatların emalı zamanı mütənasiblik prinsipi olmadan baş verib.
Həmçinin “Fərdi məlumatların mühafizəsi haqqında” qanunun tibb işçilərinə yazılı xəbərdarlıq edilmədən videomüşahidə haqqında xəbərdarlıq lövhələrinin yerləşdirilməsi və videomüşahidə tədbirlərinin həyata keçirilməsi ilə bağlı tələbləri pozulub.
Nəticədə Penitensiar Xidmət “Fərdi məlumatların mühafizəsi haqqında” qanunun 44 və 48-ci maddələrinə əsasən pozucu kimi tanınıb, 500 lari məbləğində inzibati cərimə tətbiq edilib.
Tunar Altunbay