Qazaxıstan Türk Fonduna bu qədər pul yatıracaq

 22:19 16.03.2023     285

Qazaxıstan Türk İnvestisiya Fonduna 100 milyard tenge investisiya yatırmağı plamlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin "Zakon.kz" nəşri yazıb.

Bildirilir ki, bu barədə qərarı Qazaxıstan Milli İqtisadiyyat Nazirliyi qəbul edib.

Nəşr qeyd edir ki, fondun yaradılması regiondaxili ticarətə, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə və logistikanın genişləndirilməsinə töhfə verəcək.

Xatırladaq ki, bu gün Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalanıb.