Tramp qlobal müharibə təhlükəsi səbəbindən Ukraynadakı münaqişəni dayandırmağa ÇAĞIRDI
ABŞ-ın keçmiş prezidenti Donald Tramp qlobal müharibə təhlükəsi səbəbindən Ukraynada hərbi əməliyyatları dayandırmağa çağırıb.
Redaktor.az xəbər verir ki, o, bu fikri cümə axşamı Truth Social-da yayımlanan videoda bildirib.
"Hər gün Ukraynada bu münaqişə davam edir, biz qlobal müharibəyə başlamağa risk edirik, məqsədimiz hərbi əməliyyatları dərhal tam dayandırmaqdır. Bu, əsas problemdir. Bizə gecikmədən sülh lazımdır", - o deyib.
Daha əvvəl Tramp bildirib ki, ABŞ Prezidenti Co Bayden Ukrayna ilə bağlı siyasəti ilə bəşəriyyəti üçüncü dünya müharibəsinə sövq edə bilər. Tramp həmçinin qeyd edib ki, prezident seçkilərində qalib gəlsə, ABŞ Ukraynadakı vəziyyəti bir günə həll edə bilər.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. Tramp 2022-ci ilin noyabrında ölkədə ən yüksək hökumət postu uğrunda mübarizəyə qoşulduğunu elan edib. Hazırkı Amerika lideri Co Bayden yenidən seçiləcəyinə ümid etdiyini açıq şəkildə bildirib.
Turan İSMAYIL