Şimali Koreya ABŞ və Cənubi Koreyanın hərbi təxribatlarına cavab verəcək

 10:52 17.03.2023     279

Pxenyan KXDR-ə “açıq-aşkar düşmən münasibət bəsləyən ABŞ və Cənubi Koreyanın hərbi təxribatlarına qarşı tədbirlər görməyə davam edəcək. Və nüvə silahına da nüvə silahı ilə cavab verməyə hazırdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In bunu “Hvason-17” qitələrarası ballistik raketinin buraxılışından sonra deyib:

"Respublikamıza açıq-aşkar düşmən münasibət bəsləyən ABŞ və Cənubi Koreyanın Koreya yarımadasında tez-tez keçirdikləri irimiqyaslı hərbi təlimlərin ehtiyatsızlığını dərk etmələrinə bundan sonra da əmin olacağam”

O qeyd edib ki, “KXDR-ə qarşı hərbi təxribatlar” davam edərsə və genişlənərsə, müvafiq addımlar atılacaq.

Eyni zamanda, KXDR lideri qeyd edib ki, Pxenyan “nüvə silahına nüvə silahı ilə cavab verəcək, açıq qarşıdurma isə açıq qarşıdurma olacaq”.

Bununla bağlı o, strateji silahlı qüvvələrin silahlı münaqişələrə və istənilən formada müharibəyə hazırlığının saxlanmasının zəruriliyini qeyd edib.

Kim Çen In həmçinin diqqətə çatdırıb ki, Pxenyanın məqsədi müharibənin qarşısını almaq və dinc həyatı təmin etməkdir.

Xatırladaq ki, bu, Şimali Koreyanın bu il səkkizinci raket buraxılışıdır.

Arzu İSMAYIL