Ərdoğanın adaşı millət vəkili olmağa qərar verdi - FOTO

 14:31 17.03.2023     407

Türkiyənin Nevşehir vilayətində yaşayan 24 yaşlı Rəcəb Tayyib Ərdoğan adlı gənc hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli təşkilatına millət vəkili namizədliyi üçün müraciət edib.

Redaktor.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Nevşehir Hacı Bektaş Vəli Universiteti Peşə Məktəbinin Kompüter Proqramlaşdırma fakültəsini bitirdiyini deyən Ərdoğan lazımi sənədləri dolduraraq partiya binasında AKP-nin yerli təşkilatının başqanı Əli Kemıkkırana çatdırıb. Prezident və AKP başqanı Rəcəb Tayyib Ərdoğanla iş birliyi olmaqdan qürur duyduğunu vurğulayan Ərdoğan, "İllərdir AKP-yə xidmət etmiş bir ailənin üzvüyəm. AKP-nin fəal üzvü kimi müraciət etdim" deyib.

“1999-cu ildə prezidentimiz şeir dediyi üçün həbsdə olanda atam çox təsirlənmişdi” ifadəsini işlədən Ərdoğan atasının ona Rəcəb Tayyib adını məhz buna görə qoyduğunu bildirib. "Adımdan çox xoşbəxtəm. Girdiyim mühitlərdə adıma inanmayanlar var. Lisey və universitet dostlarının çevrələrində kimliyimi görmək istəyənlər var idi" - Ərdoğan bildirib.

Əli Kemikkıran isə namizədlik prosesində partiyalarında çoxlu müraciətlərin olduğunu bildirib və Ərdoğana uğurlar arzulayıb.

"Gənclərin siyasətdə iştirakı Prezidentimizin çox önəm verdiyi bir məsələdir. 21 yanvar 2017-ci ildə Türkiyə Böyük Millət Məclisində gərgin mübarizə ilə Konstitusiyaya dəyişiklik edilərək səsvermə yaşı aşağı - 18 yaşa salındı. Ən gənc və qadın deputatlara sahib olmaq üçün namizədləri təyin edən siyasi partiyanın üzvü olmaq bizi xoşbəxt edir” - Kemikkıran deyib.

Xatırladaq ki, Ərdoğan 1997-ci ildə İstanbul bələdiyyə başqanı olarkən bir mitinqdə yerli şairin bir şeirindən sitat gətirmişdi: “Minarələr süngü, günbəzlər dəbilqəmiz, məscidlər kazarmamızdır”. Hakimiyyət Ərdoğanın sözlərində dövlətin dünyəvi əsaslarına təhlükə görüb, ona 4 ay həbs cəzası verilib.

Türkiyənin hazırkı prezidenti respublika başçısı seçkilərində hakim alyansdan namizəddir. Onun əsas rəqibi müxalifət lideri Kamal Kılıçdaroğlu olacaq.

Turan İSMAYIL

2