Putinin Çin lideri ilə müzakirə edəcəyi əsas məsələ AÇIQLANDI

 16:16 17.03.2023     360

Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin Moskvada danışıqlar zamanı Ukraynadakı münaqişəni müzakirə edəcəklər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov deyib.

"Əlbəttə, Ukraynadakı münaqişə müzakirə olunacaq. Biz bu məsələdə Çin rəhbərliyinin təmkinli, ölçülüb-biçilmiş mövqeyini yüksək qiymətləndiririk, Çinin nizamlanma planından xəbərdarıq", - Uşakov deyib.

"Mən sadəcə əminəm ki, həm bizim liderimiz, həm də Çin lideri Ukraynadakı münaqişənin inkişafı kontekstində mövcud vəziyyətlə bağlı öz qiymətlərini mübadilə edəcəklər. Bundan sonra hansı fikirlərin ortaya çıxacağını görəcəyik", - o bildirib.

Turan İSMAYIL