Paşinyan KTMT-nin baş katibi ilə sərhəddəki vəziyyəti müzakirə etdi

 17:03 17.03.2023     575

Ermənistanın Baş naziri Nikol Paşinyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov martın 17-də İrəvanda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Həmsöhbətçilər KTMT-nin məsuliyyət zonasında mövcud vəziyyət, regional hadisələr və təhlükəsizlik çağırışları barədə fikir mübadiləsi aparıblar. Bu kontekstdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və KTMT-nin kollektiv müdafiə mexanizmləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub", - məlumatda deyilir.

Qeyd edək ki, KTMT-nin baş katibi cümə axşamı Ermənistana iki günlük işgüzar səfərə gəlib. O, artıq 2022-ci ilin sentyabrında Ermənistan və Azərbaycan hərbçiləri arasında döyüşlərin getdiyi Cermuk şəhərinə səfər edib, həmçinin müdafiə naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşlər keçirib.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən