Çavuşoğlu finlandiyalı həmkarı ilə NATO-nun genişlənməsini müzakirə etdi

 17:21 17.03.2023     394

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu finlandiyalı həmkarı Pekka Haavisto ilə NATO-nun genişlənməsini müzakirə edib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, nazir bu barədə Tviter hesabında yazıb.

“Finlandiya Prezidentinin səfərindən əvvəl biz Finlandiyanın xarici işlər naziri ilə görüşdük. Biz NATO-nun genişlənməsi məsələlərini müzakirə etdik və zəlzələnin nəticələrinin aradan qaldırılmasında göstərdikləri dəstəyə görə onlara təşəkkür etdik”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, Finlandiya prezidenti Sauli Niinistö Türkiyədə səfərdədir. Finlandiya prezidentinin ofisindən verilən məlumata görə, Finlandiya liderinin səfəri cümə axşamı Türkiyənin cənub-şərqindəki zəlzələ bölgəsinə səfərlə başlayıb. Finlandiya mətbuatı ilkin olaraq Finlandiya və Türkiyə prezidentləri arasında danışıqların İstanbulda keçiriləcəyi bildirilsə də, sonradan danışıqlar Ankaraya köçürülüb.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən