Fransada hökumətə etimadsızlıq səsverməyə çıxarıldı

 18:19 17.03.2023     381

Fransa parlamentinin aşağı palatası Milli Assambleyadakı müxalifət partiyalarn deputatları, həmçinin "LİOT" müstəqil deputat qrupu Baş nazir Elizabet Bornun pensiya islahatının qəbul edilməsi barədə bəyanatına cavab olaraq hökumətə etimadsızlıq səsverməsi irəli sürüblər.

Redaktor.az xəbər verir ki, bu barədə cümə günü qrupun sədri Bertran Pançet məlumat verib.

"Mənim sədri olduğum LIOT qrupu, o cümlədən müxalifətdəki 5 siyasi qrupdan 91 nəfərin imzası ilə hökumətə etimadsızlıq səsverməsi irəli sürdü",- deyə BFM  kanalı Panşedən sitat gətirib.

Tunar Altunbay