İrəvan meri istefa verdi

 18:39 17.03.2023     355

İrəvan meri Qraçya Sarkisyan Ağsaqqallar Şurasının növbədənkənar işçi iclası zamanı istefa ərizəsini təqdim edib.

Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, istefaya rəğmən, Sarkisyan siyasi komandada qalmaqda davam edəcək və “ölkənin rifahı üçün çalışacaq”.

O xatırladıb ki, Ağsaqqallar Şurasına qarşıdan gələn seçkilərdə hakim “Mülki müqavilə”nin siyahısına vitse-mer Tiqran Avinyan başçılıq edəcək. 

Sarkisyanla bərabər meriyanın katibi Seyran Mejlumyan da istefa ərizəsi yazıb.

Qeyd edək ki, 2021-ci il dekabrın 22-də İrəvan Ağsaqqallar Şurasının növbədənkənar iclasında Ermənistan paytaxtının meri Hayk Marutyana etimadsızlıq səsverməsi keçirilib. Həmin gün vitse-mer Qraçya Sarkisyan İrəvanın meri seçilib. O, rəsmi olaraq dekabrın 25-də vəzifəsinin icrasına başlayıb.

Məlumata görə, bu ilin sentyabrında müvafiq olaraq İrəvan Ağsaqqallar Şurasına və paytaxt merinə seçkilər keçiriləcək. Hakim partiya İrəvan meri vəzifəsinə Tiqran Avinyanın namizədliyini irəli sürüb. Sentyabrın 23-də o, Ermənistan paytaxtının vitse-meri seçilib.

Turan İSMAYIL