Macarıstan parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə keçirəcək

 19:21 17.03.2023     579

Macarıstanın Dövlət Assambleyasında (birpalatalı parlament) Finlandiya və İsveçin NATO-ya qoşulması məsələsi üzrə səsvermə martın 31-nə təyin edilib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, belə bir qərar parlamentdə yerlərin əksəriyyətinə malik olan "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının fraksiyasının iclasında qəbul edilib.

“FİDES fraksiyası bu gün təsdiqləyib ki, martın 31-də Finlandiya və İsveçin NATO-ya daxil olmasının ratifikasiyası üzrə yekun səsvermə üçün nəzərdə tutulmuş tarixdir”, məlumatda deyilir.

Qeyd edək ki, bütün 30 NATO ölkəsindən yalnız Macarıstan və Türkiyə bu sənədləri hələ də ratifikasiya etməyib.

Turan İSMAYIL