Məhkəmə Putinin həbsinə order verdi
Beynəlxalq Haaqa Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib.
Redaktor.az xəbər verir ki, bu barədə "BBC News" xəbər verib.
“Bu gün, 17 mart 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin İkinci Məhkəməyə qədərki Palatası Ukraynadakı vəziyyət kontekstində iki nəfərin həbsinə order verib: cənab Vladimir Vladimiroviç Putin və xanım Mariya Alekseyevna Lvova-Belova”,- məhkəməyin yaydığı press-relizdə deyilir.
Məlumatda qeyd olunub ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.
Tunar Altunbay