Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyünə "hə" dedi - VİDEO
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü, martın 17-də Ankarada finlandiyalı həmkarı Sauli Niinistö ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib ki, Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etməyə hazırdır və prosesə başlayır".
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Danışıqlarımızın mühüm mövzusu Finlandiyanın NATO-ya qəbulu olub. Finlandiya NATO-ya daxil olmaq üçün zəruri olan memorandumun şərtlərini yerinə yetirmək üçün konkret addımlar atıb. Biz hazırıq və Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası prosesinə başlamaq qərarına gəldik. Biz əminik ki, Finlandiya NATO-nun təhlükəsizliyinin təmin edilməsində fəal rol oynayacaq”, - Türkiyə lideri bildirib.
Ərdoğan əlavə edib ki, Finlandiyanın NATO-ya üzvlüyünün Türkiyənin ratifikasiyası prosesi respublikada mayın 14-nə təyin edilmiş ümumxalq seçkilərinə qədər tamamlana bilər.
Tunar Altunbay