Kadırov Quranı yandıran Ukrayna hərbçilərini əsir tutana 10 milyon verəcək - Öldürənə isə...
Çeçenistan rəhbəri Ramzan Kadırov Quranı yandıran ukraynalı hərbçiləri əsir tutana 10 milyon rubl mükafat veriləcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Kadırov ukraynalı hərbçilərin Quranı ələ saldığını əks etdirən video yayımlayıb və Kiyev rejimi üçün döyüşən müsəlmanları pisləyib.
"Bu pisliyin aradan qaldırılması üçün 5 milyon rubl mükafat elan edirəm. Diri tutana isə iki dəfə çox - 10 milyon rubl verəcəyəm. Bu nə vaxt baş versə - bu gün, sabah, bir ildən sonra, pul gözləyəcək. Həm də fərqi yoxdur. Bunu kim edir: taqım, qrup, tənha, səngərdəki qonşu, pul tam köçürüləcək”,- Kadırov "Telegram" kanalında yazıb.
Tunar Altunbay