Rusiya ilə Ermənistanı birləşdirən yeganə yol bağlandı

 12:13 18.03.2023     486

Yuxarı Lars keçid məntəqəsi ilə Gürcüstandan Rusiyaya gedən yol yük maşınları üçün bağlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.

O, hava şəraitinin pisləşməsi ilə əlaqədar nəqliyyatın hərəkətinin qadağan olunduğunu da izah edib.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti bildirir ki, tədbir qarın yağması səbəbindən həyata keçirilib.

"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlıdır", - məlumatda deyilir.

Məntəqədən yalnız yüngül avtomobillərin keçməsinə icazə verilir.

Qeyd edək ki, Lars keçid məntəqəsi Rusiya ilə Ermənistanı birləşdirən yeganə quru yoludur.

Turan İSMAYIL