Hindistan Çinlə müharibə edəcək?

 19:15 18.03.2023     543

Hindistan və Çin əsgərlərinin qarşı-qarşıya durduğu Ladaxın qərb Himalay bölgəsində vəziyyət təhlükəli və kövrək olaraq qalır.

Redaktor.az xəbər verir ki, bunu şənbə günü Hindistanın xarici işlər naziri Subramanyam Caişankar Yeni Dehlidə çıxışı zamanı deyib.

"Mənim fikrimcə, vəziyyət hələ də çox kövrəkdir, çünki qoşunlarımızın çox yaxın olduğu yerlər var",- deyə Caişankar əlavə edib.

Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, Çin tərəfi əvvəllər əldə edilmiş bütün razılaşmaları yerinə yetirməlidir. Onun sözlərinə görə, hər iki tərəfin qüvvələri bir çox bölgələrdən geri çəkilsə də, bəzi həlledici məsələlərlə bağlı müzakirələr davam edir.

"Biz çinlilərə açıq şəkildə bildirdik ki, siz razılaşmaları poza bilməzsiniz və eyni zamanda münasibətlərin qalan hissəsinin heç nə olmamış kimi davam etməsini istəyirsiniz",- nazir qeyd edib.

Qedye dək ki, 2020-ci ilin may ayında iki ölkənin sərhədindəki dağlıq Ladax bölgəsində hər iki tərəfdən itkilərə səbəb olan toqquşmalar baş verib. Hindistan və Çin əraziyə ağır artilleriya, tanklar və təyyarələr göndərib. Hərbi və diplomatik səviyyələrdə bir sıra danışıqlardan sonra Pekin və Yeni Dehli qoşunların sərhəd xəttindən tədricən qarşılıqlı şəkildə çıxarılmasına başlayıb.

Himalay dağlarında Hindistan və Çin arasında demarkasiya edilmiş sərhədin olmaması (iki ölkə Faktiki Nəzarət Xətti ilə ayrılır) onilliklər ərzində gərginlik mənbəyi olub. 1959-cu ildə Hindistan Çin tərəfinin Arunaçal-Pradeş əyalətinin bir hissəsini ələ keçirdiyini elan edib və 1962-ci ildə Hindistan-Çin silahlı qarşıdurması nəticəsində Hindistana məxsus təxminən 38 min kvadratmetr ərazi Çinin nəzarətinə keçib.

Tunar Altunbay