Ərdoğan jurnalistə ayaqqabı bağışladı - VİDEO

 16:34 18.03.2023     429

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın finlandiyalı həmkarı Sauli Niinistonu ilə görüşünü izləyən jurnalistlər yağışa düşüb.

Redaktor.az TRT-yə istinadən xəbər verir ki, rəsmi qarşılanma mərasimi zamanı ayaqqabısı islanan finlandiyalı jurnalistlərdən biri Ərdoğanın diqqətini çəkib.

Ərdoğan şəxsi katibi Həsən Doğana müraciət edərək, jurnalistə ayaqqabı verməsini tapşırıb.

Prezident mərasimdən sonra jurnalistlə səmimi söhbət edib.