Fransada bu yerlərdə etiraz etmək qadağan edildi

 21:26 18.03.2023     337

Parisdə yeni pensiya islahatının əleyhdarlarının kütləvi etirazlarından sonra Fransa polisi parlament və prezident iqamətgahı yaxınlığında kütləvi tədbirlərinin keçirilməsini qadağan edib.

Redaktor.az BFM TV-yə istinadla bildirir ki, Fransa polisin yaydığı məlumatda qeyd olunur ki, adları qeyd olunan yerlərdə toplaşmağa cəhd edən insanlar cərimələnə bilər.

Məlumat üçün qeyd edək ki, Fransada artıq bir aya yaxındır ki, hökumətin pensiya islahatı layihəsinə qarşı ümummilli tətillər və etirazlar keçirilir.

Yeni pensiya islahatlarına dair qanuna əsasən pensiya yaşı 62-dən 64-ə qaldırılacaq.

İslahat layihəsi həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.