Tramp bir neçə gündən sonra həbs oluna bilər - FOTO

 21:39 18.03.2023     323

ABŞ-nin keçmiş prezidenti Donald Tramp martın 21-də həbs edilə bilər.

Redaktor.az "Blomberg"ə istinadən xəbər verir ki, bu barədə Tramp “Truth Social” platformasında paylaşım edib.

O, bu məlumatın istintaq prosesi ilə bağlı mənbələrdən daxil olduğunu deyib, amma mənbənin adını çəkməyib. Eyni zamanda Manhetten Prokurorluğunun apardığı istintaq çərçivəsində həbsə hazırlaşdığını qeyd edib.

Tramp həmçinin əhalini etirazlara çağırıb.