Bu ölkədə güclü zəlzələ oldu
Ekvadorda 6,7 bal maqnitudada zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi yoxdur.
Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi 6,9 bal gücündə olduğunu bildirib.