Əfqanıstanda marixuananın yetişdirilməsi qadağan edildi

 10:04 19.03.2023     358

Əfqanıstan ərazisində marixuananın yetişdirilməsi qadağan edilib. 

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə göstəriş hazırda Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə tərəfindən verilib.

“Ölkədə marixuananın yetişdirilməsi qəti qadağandır. Məhkəmələrə şəriət qanunlarına uyğun olaraq cinayətkarları cəzalandırmaq tapşırılıb” – “Taliban” liderinin göstərişində yazılıb.

Qeyd edək ki, Əfqanıstan dünyanın ən böyük tiryək və marixuana istehsalçılarından biridir.